Nikaha daxil olmaq istəyən 203 nəfərdə QİÇS aşkar olunub

Nikaha daxil olmaq istəyən 203 nəfərdə QİÇS aşkar olunub


Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu dövrdən bu ilin may ayının sonuna qədər 279383 nəfər müayinədən keçib.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, 2015-ci il iyunun 1-dən 2017-cı il mayın 31-dək müayinələrdən keçən şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Nazirlikdən bildirilib ki, indiyə qədər müayinədən keçmiş 11773 nəfərdə talassemiya daşıyıcılığı, 1101 nəfərdə sifilis, 203 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
928 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...