Azərbaycanda "Petya" virusu təhlükəsi varmı? - RƏSMİ CAVAB

Azərbaycanda "Petya" virusu təhlükəsi varmı? -


Azərbaycan dövlət strukturlarından "Petya” virusu ilə bağlı şikayətlər daxil olmayıb.

Bu barədə özəl olaraq Trend-ə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi nəzdində Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən (CERT) məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu virus bir müddət əvvəl yayılmış "WannaCry” virusu kimi yayılır:

"Lakin bu virusun fərqi ondadır ki, o faylları yox, sərt diski şifrələyir. Bu virus, həmçinin elektron poçt yolu ilə yayılır. Hələlik Azərbaycan dövlət strukturları tərəfindən bununla bağlı şikayət daxil olmayıb”.

Qeyd edək ki, "Petya” virusu Rusiya və Ukraynanın iri neft, telekommunikasiya və maliyyə şirkətlərinə haker hücumuna səbəb olub. Bu virus kompüterləri bloka salır və təkrar açılması üçün 300 dollar məbləğinə bərabər bitkoinlər tələb edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
698 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...