Polşada xalqın etirazı nəticə verdi: prezident veto qoydu

Polşada xalqın etirazı nəticə verdi: prezident veto qoydu

Polşa prezidenti Andzey Duda Ali Məhkəmənin hakimlərini hökümət namizədləri ilə əvəzləmək barədə qanuna veto qoyub.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, bir müddət idi Polşada bu qanuna etiraz edirdilər. İqtidardakı partiyanın hazırladığı qanun layihəsinin prezident tərəfindən təsdiqinə ehtiyac var idi.

Ölkənin bir çox yerlərində təşkil edilən aksiyalarda məhkəmə sisteminə müdaxilə tənqid edilir, ədalət, demokratiya tələb edilirdi.

Avropa İttifaqı isə hökümətin məhkəmə sisteminə müdaxilə cəhdlərini tənqid edirdi.

Qanuna veto qoyacağını deyən ölkə prezidenti Duda bildirib ki, bu qanunun ədalət sistemini və anlayışını gücləndirəcəyini fikirləşmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
864 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...