9 və 12 yaşlı iki qardaş Xəzərdə boğulub

9 və 12 yaşlı iki qardaş Xəzərdə boğulub

Ağstafa sakinləri Xəzər dənizində boğulub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb. Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb. Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar. Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə gətirilib. Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
829 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...