Dəniz Baykalın avtomobili qarət edildi

Dəniz Baykalın avtomobili qarət edildi


Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri, hazırda millət vəkili olan Dəniz Baykalın avtomobili qarət edilib.


APA-nın xəbərinə görə, hadisə Antalyanın Muradpaşa rayonunda qeydə alınıb. Səhər saatlarında həyat yoldaşı Olcay Baykalla birlikdə çimərliyə gedən Dəniz Baykal özü idarə etdiyi avtomobilini “Beach Park”ın avtodayanacağında saxlayaraq, dənizə girib.

2 saata yaxın dənizdə qalan cütlük evə qayıdarkən yolda pul qabı və telefonlarını oğurlandığını görüblər. Onlar dərhal polisə xəbər veriblər. Dəniz Baykal “polis araşdırma aparır, üzərimizdə çox pul yox idi, amma telefonumun getməsi çox pis oldu” deyə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 047 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...