Ünvanlı sosial yardımın təyin edilmə proseduru asanlaşdırılır

Ünvanlı sosial yardımın təyin edilmə proseduru asanlaşdırılır


Azərbaycanda ünvanlı sosial yardımın alınması üçün müraciət xidməti “Elektron hökumət” (e-gov.az) portalına inteqrasiya ediləcək. Bu barədə Trend-ə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) məlumat verilib. Bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin MHM-də keçirilən görüşündə müzakirə edilib.

Personal cihazlar (personal və planşet kompyuterlər, smartfonlar) vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciət etmək üçün elektron hökumət portalına əlavə informasiya-proqram resursları inteqrasiya edilməlidir. Elektron formada ünvanlı sosial yardıma müraciət etməyə imkan verən proqram təminatı sınaq mərhələsindədir. Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) istismara verildikdən sonra vətəndaşlar ünvanlı sosial yardım almaq üçün elektron formada müraciət edə biləcəklər. Müraciət ailənin maddi-məişət şəraitini müəyyən etmək üçün sistem tərəfindən avtomatik emal olunacaq və real vaxt rejimində VEMTAS-a yönləndiriləcək.

Əldə olunan məlumatlar əsasında ünvanlı sosial yardımın təyin olunması ilə bağlı qərar qəbul ediləcək. Bu barədə informasiya müraciət edən şəxsə elektron poçt və ya SMS vasitəsilə bildiriləcək. Ünvanlı sosial yardımın təyin olunduğu halda, sistem avtomatik olaraq müraciət edən şəxsin adına hesab açılması üçün banka sorğu göndərəcək. Bankın rekvizitləri və müraciət edən şəxsin nə zaman bank kartını götürə bilməsi ilə bağlı məlumat da həmin şəxsə elektron poçt və ya SMS vasitəsilə göndəriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 162 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...