Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 31-də saat 11:00-dan Tərtər şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Tərtər, Bərdə və Ağdam rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzində (ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 14) 30 avqust 2015-ci il tarixində saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 088 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...