Dilçilik İnstitutu orta məktəb dərsliklərinin monitorinqini aparacaq

Dilçilik İnstitutu orta məktəb dərsliklərinin monitorinqini aparacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu orta məktəb dərsliklərinin monitorinqi aparacaq.

Bu barədə APA-ya məlumat verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov bildirib ki, orta məktəb dərsliklərində Azərbaycan dilinin normaları pozulur: “Dərsliklərdə çoxlu dil qüsurları var. Dərsliklərin dili ilə bağlı narahatlıq cəmiyyətdə tez-tez ifadə olunur. Bunun qarşısını almaq üçün bizim əlimizdə dövlət proqramı var və biz bu proqrama uyğun olaraq yaxın günlərdə orta məktəb dərsliklərin dilinin monitorinqini aparacağıq. Düzdür, Təhsil Nazirliyində, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında orta məktəb dərsliklərin dilinin monitorinqini aparan qurumlar var. Amma onlar daha çox müasir təlim üsullarına əsaslanaraq monitorinq aparırlar. Biz isə monitorinqi konkret dil faktları əsasında aparacağıq”.

Ş. Məmmədov qeyd edib ki, Dilçilik İnstitutu televiziya aparıcılarının dil qüsurlarının aradan qaldırılması istiqamətində kursların təşkili üçün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə məktub göndərib: “Televiziyalardan ən azı 2-3 aparıcı kurslara cəlb olunacaq. Televiziyalarla da razılıq əldə olunub. Biz bu məsələdə israrlıyıq. Kursların proqramı da artıq hazırdır. Proqram 18 saat olmaqla 2 həftəlik dövrü əhatə edəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 535 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...