"Dünəndən 50-ə yaxın avterşok qeydə alınıb" - Qurban Yetirmişli

"Dünəndən 50-ə yaxın avterşok qeydə alınıb" -


“Dünəndən bu günə 50-ə yaxın avterşok baş verib. Bunlar zəif təkanlardır. Proses gedir və enerji boşalır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Q. Yetirmişli qeyd edib ki, güclü zəlzələ gözlənilmir: “Hiss olunan təkanlar ola bilər və bu mümkündür. Amma dünənki gücdə zəlzələ təkrar oluna bilməz. Hazırda yer daxilində gedən proseslər davam edir, insan kimi yer də nəfəs alır. Amma həmin ocaqda yenidən yeddi bal gücündə zəlzələ olmayacaq”.

Qeyd edək ki, dünən səhər Şəki ərazisində 7 bal gücündə zəlzələ olub. Yeraltı təkan respublikanın rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 059 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...