Həftəsonu namizədlərin qeydiyyatı başlayır

Həftəsonu namizədlərin qeydiyyatı başlayır


Deputatlığa namizədlərin qeydiyyat üçün sənədlərinin dairə seçki komissiyalarına təqdimatı sentyabrın 12-də başlayacaq.

İndiki müddətdə isə namizədlərin irəli sürülməsi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli AzadlıqRadiosuna belə deyir. «Bundan sonrakı mərhələdə namizədin qeydə alınması üçün seçki sənədləri dairə seçki komissiyalarına təqdim ediləcək. DSK-lar isə həmin sənədlərə 5 gün ərzində baxıb, namizədin qeydiyyatının təsdiq edilib-edilməməsi haqqında qərar verəcəklər». Namizədlərin qeydə alınması üçün seçki sənədləri səsvermə gününə ən çox 50 gün, ən az 30 gün qalmışadək təqdim edilməlidir. Bu müddət sentyabrın 12-dən oktyabrın 2-dək müddəti əhatə edir. Bu il noyabrın 1-də Milli Məclisə seçkilər keçirilməlidir.

Müsavat, Demokrat, Ümid və bir sıra partiyalar, eləcə də REAL, NİDA vətəndaş hərəkatları seçkilərdə iştirak edəcəklər. Milli Şura seçkilərə qatılmayacaq. Hakim Yeni Azərbaycan Partiyası isə hələ də namizədlər siyahısını açıqlamayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 019 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...