Kəmaləddin Heydərov ərəb şeyxinin dəfninə getdi

Kəmaləddin Heydərov ərəb şeyxinin dəfninə getdi


Bir neçə gün əvvəl qəflətən dünyasını dəyişən, BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumun oğlunun ölümü dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.

"Qafqazinfo" xəbər verir ki, gənc şeyxin ölümü ilə bağlı bir çox ölkənin liderləri başsağlığı mesajları yayıblar. Bildiyimiz kimi, şeyx və varisi dəfələrlə Azərbaycanda rəsmi və qeyri-rəsmi səfərlərdə olublar. Onların Azərbaycanın yüksək çinli məmurları ilə dostluq münasibətləri olub. Elə şeyxin qəfil ölümündən sonra da Azərbaycandan dəfn mərasimində kimin iştirak edəcəyi maraq doğururdu.

Saytın əldə etdiyi məlumata görə, BƏƏ-yə bu mərasimdə iştirak etmək üçün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov şəxsən iştirak edib. Nazir dəfn mərasiminə qatılaraq dövlət başçısı İlham Əliyevin başsağlığı məktubunu şeyxin ailəsinə çatdırıb.

Kəmaləddin Heydərov ərəb şeyxinin dəfninə getdi
[center]


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 071 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...