114 nəfərin deputatlığa namizədliyi qeydə alınıb - MSK

114 nəfərin deputatlığa namizədliyi qeydə alınıb -


Azərbaycanda 114 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, bu günə qədər Milli Məclisə seçkilərlə əlaqədar 1183 nəfərin deputatlığa namizədliyi irəli sürülüb: “Bunlardan 543 nəfərin namizədliyi siyasi partiyalar, 57 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən, 3 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən, 680 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb. Namizədliyi irəli sürülənlərdən 1027 nəfərin namizədliyi təsdiq olunub. Namizədliyi təsdiq olunanlardan 270 nəfərə imza vərəqələri qaytarılıb, 114 nəfərin deputatlığa namizədliyi qeydə alınıb”.

M.Pənahov həmçinin qeyd edib ki, indiyə qədər MSK-da 102 müşahidəçi qeydə alınıb: “Onlardan 91 nəfər öz təşəbbüsü, 10 nəfər QHT-lərin təşəbbüsü, 1 nəfər isə xüsusi icazə əsasında müşahidəçi kimi qeydə alınıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 101 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...