Suriya müxalifəti terrorçularla sövdələşməyə gedib - ABŞ Silahlı Qüvvələrinin Komandanlığı

Suriya müxalifəti terrorçularla sövdələşməyə gedib -


Suriya müxalifətinin hərbi qanadı “Əl-Qaidə”nin Suriya qolu olan “Ən Nusra Cəbhəsi” ilə sövdələşməyə gedib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi polkovnik Patrik Rayder bildirib. Onun sözlərinə görə, Suriya müxalifəti hərbi texnika və silah-sursatın bir hissəsini terror qruplaşmasına verib. “Bu xəbərlər ciddi narahatlıq doğurur və təsdiqlənəcəyi halda Suriya müxalifətinə hazırlıq keçilməsi və avadanlıqlarla yardım edilməsi ilə bağlı proqram şərtlərinin pozulmasına gətirib çıxara bilər”, - deyə o vurğulayıb.

Məlumata görə, Suriya müxalifəti “Ən Nusra Cəbhəsi”nin nəzarəti atlında olan ərazilərdən keçmək üçün terroristlərə 6 yük maşını və silah-sursat verib. Sövdələşmənin həftənin bazar ertəsi baş tutduğu deyilir. Amerikalılara isə məlumat cümə günü daxil olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 028 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...