Nehrəmlilər suya görə aksiya keçirdi

Nehrəmlilər suya görə aksiya keçirdi

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndinin 20-yə yaxın sakini bazar ertəsi Su Təsərrüfatı İdarəsinin yerli şöbəsi qarşısında etiraz aksiyası keçirib. Sakinlər taxıl əkinlərinin suvarılması üçün su verilməsinin dayandırılmasından şikayət edir. Sakinlərin sözlərinə görə, bu, qəsdən kiçik taxıl istehlakçılarını boğmağa çalışan yerli məmurların maraqları çərçivəsində edilir.

Lakin etirazçıların qarşısına çıxan olmayıb. "Turan"ın regional müxbiri Babək Rayon İcra Hakimiyyətindən və rayon Su Təsərrüfatı İdarəsindən şərh ala bilməyib. Belə ki, jurnalistin nə ilə əlaqədar zəng etdiyini öyrənən məmurlar onunla danışmaqdan imtina ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
998 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...