Heydər Əliyevin 92 illik yubileyi ilə bağlı konfrans Qaradağda

Heydər Əliyevin 92 illik yubileyi ilə bağlı konfrans

Mayın 5-i Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Heydər Əliyevin 92 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və İslam həmrəyliyi siyasəti: varislik, novatorluq, dinamizim” mövzusunda elmi-praktik konfrans keçirilib.

GUNDEMİNFO.AZ yazır ki, tədbirdə İcra başçısı Süleyman Mikayılov, Milli məclisin üzvü Ağalar Vəliyev, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov, həmin akademiyanın doktorantura şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Musa Quluzadə, Şura üzvləri və digər qonaqlar iştirak ediblər.


Tədbiri giriş nitqi ilə açan Süleyman Mikayılov mərhum prezidentin İslam dinini Azərbaycan xalqının milli-mənəvi sərvəti hesab etdiyini bildirib. Qeyd edib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra hər bir sahə kimi dövlət-din münasibətləri də yeni mərhələyə qədəm qoyub: “Dövlətimizin yürütdüyü siyasətdə hər zaman din dövlətdən ayrı olmuşdur. Bu gün ölkəmizin dünyaya tolerantlıq nümunəsidir. İslam dövlətləri ilə daim yaxın dost münasibətlər qurulmuş və bu gün bu siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.Yaradılan sabitlik, dinamik inkişaf, hər ötən gün qazanılan uğurun arxasında məhz Ulu Öndərin ideyaları dayanır”.

Milli məclisin üzvü Ağalar Vəliyev dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də siyasi varislik ənənələrinin təmin olunması fikrini səsləndirib.

Digər natiqlər də öz çıxışlarında Azərbaycanın son onilliklər ərzində qazandığı uğurların Heydər Əliyevin həyat və fəaliyyəti ilə bir başa bağlı olduğunu bildiriblər.

Heydər Əliyevin 92 illik yubileyi ilə bağlı konfrans


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 670 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...