Azərbaycanlı tələbə Avropanın 6 universitetindən qəbul aldı

  Azərbaycanlı tələbə Avropanın 6 universitetindən qəbul aldı
Bakı Ali Neft Məktəbinin (BANM) məzunu tam təqaüdlə Avropanın 4 universitetinə qəbul olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə BANM məlumat yayıb.
Bildirilib ki, BANM məzunu Günel Hüseynli Avropanın nüfuzlu 6 ali təhsil müəssisəsinə magistraturaya qəbul olunub, onlardan 4-ü tam təqaüd proqramıdır.
Həmin universitetlər və ölkələri təqdim edirik.
1. Erasmus Mundus təqaüdü ilə Kimyada İnnovasiya və Tənzimlənmə (ChIR) proqramı. Bu proqram çərçivəsində 2 il ərzində 3 ölkədə təhsil almaq mümkündür: Portuqaliyanın Alqarv Universiteti, İspaniyanın Barselona Universiteti və İtaliyanın Boloniya Universiteti
2. Erasmus Mundus təqaüdü ilə BioRef proqramı. Bu proqram çərçivəsində 2 il ərzində 3-4 ölkədə təhsil almaq mümkündür: Fransanın Lil Universiteti, İtaliyanın Bari Universiteti, Fransanın Troya Texnologiya Universiteti və Polşanın Tadeusz Kościuszko Texnologiya Universiteti
3. DAAD təqaüdü ilə Almaniyanın Fridrix Aleksandr Universiteti (FAU) (Təmiz Enerji Prosesləri ixtisası)
4. DAAD təqaüdü ilə Almaniyanın Hamburq Texniki Universiteti (Bioproses ve Kimya mühəndisliyi ixtisası)
5. İngiltərənin Mançester Universiteti (Kimya mühəndisliyi üzrə magistratura)
6. Avropanın nüfuzlu EİT İnnoEnerji Magistratura Məktəbi (Bərpaolunan enerji ixtisası və dayanıqlı enerji sistemləri üçün ekoloji yollar ixtisası)
G. Hüseynlinin seçimi DAAD təqaüd proqramı ilə Almaniyanın Fridrix Aleksandr Universiteti olub.
Qeyd edək ki, o, 2017-ci ildə 670 balla BANM-in Kimya mühəndisliyi ixtisasına qəbul olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
848 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...