Nazir: "Belə hallar varsa, aidiyyəti üzrə ölçü götürüləcək"

  Nazir: "Belə hallar varsa, aidiyyəti üzrə ölçü götürüləcək"
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev qızlar üçün nəzərdə tutulan şalvarın üzərindən xətt çəkilərək valideynlərə göndərilməsi məsələsinə münasibət bildirilib.
Yeniavaz.com xəbər verir ki, nazir bu barədə media üçün keçirdiyi brifinqdə danışıb.
“Belə hallar varsa, konkret məktəblərin nömrələri göstərilməklə Nazirliyə bildirilərsə, aidiyyəti üzrə ölçü götürüləcək. Formanın elementləri təsdiq olunubsa, valideynlər bunu seçə bilər. Heç kim bu qaydanı poza bilməz. Konkret məktəb olmadıqda bu məsələləri araşdırmaq olmur. Lakin bu hallarda həmin direktorlar düz etmir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
531 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...