“Hiss olunur ki, DTX prosesi tam nəzarətə götürüb” - Osman Gündüz
"MİDA-nın onlayn satış prosesinə ictimai nəzarəti gerçəkləşdirən müşahidəçi olaraq qeyd edə bilərəm ki, bü gün baş tutan satış tam fərqliydi".
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu gün keçirilən MİDA-nın təxirə salınmış mənzil seçimi ilə bağlı prosesə münasibət bildirərkən qeyd edib.
“Müşahidələrimiz onu göstərdi ki, müsbət istiqamətdə bir xeyli irəliləyişlər olub. MİDA tarixində ilk dəfə olaraq ilk mənzil seçimi 31-ci saniyədə baş tutub. Əvvəlki texnologiyalarla bu rəqəm adətən 6-7 saniyə olurdu. Bu dəfə botlar və robotlar işləməyib. Çünki DEMO ilə real versiya kəskin fərqliydi. MİDA öncədən DEMO-dan kəskin fərqli məqamların ola biləcəyini açıqlasaydı daha doğru olardı. Biz yenə o fikirdəyik ki, bu seçim metodunun özündə bir ədalətsizlik var.
Yeri gəlmişkən, bu dəfə təhlükəsizlik daha üst səviyyədə təmin edilmişdi. DTX, XRİTDX, ASAN, eGov Mərkəzi, RİNN , “AzİnTelecom”, magistral provayderlər və mobil operatorların nümayəndələri əvvəlkindən fərqli olaraq ayrıca otaqda real vaxt rejimində prosesləri izləyirdilər. Hiss olunur ki, DTX bu prosesi tam nəzarətə götürüb. Müşahidəmə əsasən qeyd edə bilərəm ki, DTX əməkdaşların sayı az qala MİDA-dan çox görsənirdi. Beləliklə, ilkin olaraq bu onlayn satışın müsbət istiqamətdə əvvəlkilərdən fərqli olduğunu qeyd etmək istərdim", - deyə O.Gündüz əlavə edib.
477 dəfə oxundu