Ukraynalı qaçqına görə ailəsini atan britaniyalı sevgilisindən ayrılıb

Ukraynalı qaçqına görə ailəsini atan britaniyalı sevgilisindən ayrılıb
İngiltərədə Ukraynadan olan 22 yaşlı qaçqın Sofiya ilə münasibətinə görə ailəsini tərk edən yerli sakin Entoni Qarnet yeni sevgilisindən ayrılıb.

“Əvvəlcə mən ona aşiq oldum, amma sonra barışa bilmədiyim bir tərəfini – aqressivliyini gördüm. Şənbə gecəsi 30 yaşımı qeyd edəndə o, bıçağı götürərək bir neçə dəfə divara vurdu. Mən çox qorxdum və polisə zəng etməkdən başqa çarəm qalmadı. Mən bundan məmnun deyiləm, amma təhlükəsizliyim üçün ciddi qorxurdum”, - deyə britaniyalı bildirib.

Qarnet həmçinin vurğulayıb ki, Sofiya onunla barışmağa çalışıb - xanım ona sevgisini etiraf edib.

Kişinin sözlərinə görə, o, artıq ukraynalının təcavüzünə və təhqirinə dözə bilməyib.

Qeyd edək ki, britaniyalı həyat yoldaşı Lorna ilə Lvov sakini Sofiyaya sığınacaq verib. Bir neçə gündən sonra ailə başçısı on illik evliliyindən sonra həyat yoldaşını tərk edərək iki uşağını qoyaraq ukraynalı qadınla gedib.

Mənbə: gazeta.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
386 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...