“Sosial mediada problemlərin olduğu hər kəsə bəllidir” - PA rəsmisi

“Sosial mediada problemlərin olduğu hər kəsə bəllidir” -
Sosial mediada problemlərin olduğu hər kəsə bəllidir. Beyin mərkəzləri o qədər güclü inkişaf etməli və mükəmməl olmalıdır ki, sosial media cəmiyyəti çaşdırmasın.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda deyib.

Dünyada ədalətsizlikdən və ikili standartlardan danışan Prezidentinin Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycan Prezidenti dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasının ölkəmizə qarşı ədalətsiz münasibətini qeyd edib. Biz bu münasibəti torpaqlarımızın 20 faizinin işğal altında qalması ilə gördük.

“Dövlətin xarici siyasəti ilə bağlı beyin mərkəzlərinin fəaliyyəti kompleks olmalıdır. Dünyada 175 beyin mərkəzləri var. Azərbaycanda isə rəsmi olaraq 20 göstərilir. Amma fəal fəaliyyət göstərən 13 beyin mərkəzi mövcuddur. Mövcud qlobal problemlər fonunda ölkəmizdəki beyin mərkəzlərinin fəaliyyətinin fəallığının artırılmasına ehtiyac vardır”, - deyə Səadət Yusifova qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...