Rasim Məmmədov pul göndərdiyi şəxslə bağlı: "O elə bir səviyyədədir ki..."
““Baku Steel Company”də mənim adıma ayrılan pulların hamısı mənə çatmayıb. Pul hara lazımdırsa, hər ay ora göndərilib. Gedib çatandan sonra zəng gəlirdi ki, “çatdı”. Mən də ondan sonra öz qeyd dəftərimdə qeydiyyat aparırdım ki, bu qədər filankəsə getdi”
Yeniavaz.com "Meydan TV"yə istinadla xəbər verir ki, bunu “Baku Steel Company” MMC-nin (poladəritmə zavodu) Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədov oktyabrın 3-də öz məhkəməsində deyib.
Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyilə baxılır. Oktyabrın 3-də məhkəmədə Rasim Məmmədovun məktəb yoldaşı və dostu, eyni zamanda “Baku Steel Company”də birinci müavini olmuş Çingiz Həsənov şahid qismində dindirilib.
Vəkillər onun şahid kimi dindirilməsinə etiraz ediblər. Bildiriblər ki, Çingiz Həsənov da Rasim Məmmədovla eyni cinayət işi üzrə təqsirləndirilən şəxsdir, sadəcə, həbsdə deyil. Rasim Məmmədov haqqında cinayət işi məhkəməyə göndəriləndə onun işi ayrılsa da, cinayət təqibi davam edir. Vəkillər vurğulayıb ki, təqsirləndirilən şəxs yalan danışmağa görə məsuliyyət daşımır, amma şahid daşıyır. Ona görə də Çingiz Həsənovun şahid kimi dindirilməsi yolverilməzdir.
Ancaq məhkəmə bununla razılaşmayıb və onu dindirmək qərarı verilib. Onun dediklərindən aydın olub ki, Rasim Məmmədovdan sonra onu da “Baku Steel Company”də yeyinti ittihamıyla həbs ediblər. O, 8 ay həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb, lakin hələ də barəsində istintaq davam edir.
Dindirmə zamanı aydınlaşıb ki, Rasim Məmmədovla uzun illər dost olmalarına baxmayaraq, Çingiz Həsənov DTX-da istintaq zamanı onun əleyhinə ifadə verib. O, məhkəmədə də həmin ifadələri təsdiqləyərək deyib ki, şirkətin kassasında kəsir olması haqda dəfələrlə Rasim Məmmədova deyib, problemin aradan qaldırmasını istəyib:
“13 milyon borc yaranmışdı. Şirkətə gələn pulların bir hissəsi zavodun xərclərinə, maaşlara, metal alınmasına gedirdi. Bir hissəsi də Rasim Məmmədovun özünə verilirdi. Rasim Məmmədov faktiki idarəçi idi, ona deyilmədən heç bir əməliyyat aparılmırdı. 50 dəfə demişdim ki, 13 milyon kəsiri bağla, başımız ağrıyacaq”.
O bildirib ki, Rasim Məmmədova verilən pullar başqa zavodların, evlərin alınmasına sərf olunub.
Bu ifadədən sonra məhkəmədə Rasim Məmmədovla Çingiz Həsənov arasında mübahisə yaranıb. Rasim Məmmədov bildirib ki, onun adına yazılan pullar əslində başqa yerə gedib. Sadəcə, o adamın adını açıqlaya bilmirlər:
“Düzdür, mənim tapşırığımla gedib. Amma mən götürməmişəm o pulları. Hara getdiyini, o adamın adını sən də bilirsən, mən də. Sənin yanında mənə zəng gəlirdi ki, “aldım”, mən də qeyd edirdim ki, bu qədər verildi. Mən səni dost bilmişəm, belə görünür ki, biz heç vaxt dost olmamışıq”.
Çingiz Həsənov da ona sərt cavab verib: “Adam öz şərəfini, mənliyini qoruyar. Dost olsaydın, qoymazdın ki, nə özün bura düşəsən, nə də dostların…”
Rasim Məmmədov məhkəmə prosesinin gedişində onun adına qeyd olunan milyonlarla vəsaitin başqa bir şəxsə göndərildiyini təkrarlayanda Çingiz Həsənov ona belə cavab verib:
“Kimə vermisənsə, de, gətirib qaytarsın…”
Həbsdə olan iş adamı cavabında bildirib: “O elə bir səviyyədədir ki, ona bu sözü deyə bilmirəm”.
Çingiz Həsənovun ifadəsində o da var ki, Rasim Məmmədov üç şirkət yaradıb, onlara “Baku Steel Company”nin armaturları endirimli qiymətlərlə satılıb. Həmin şirkətlər daha ucuz alıb, malı daha baha satıblar.
Rasim Məmmədova verilən ittihamlardan biri də məhz bununla bağlıdır. Cinayət işində iddia olunur ki, o, öz şirkətlərinə armaturu daha ucuz qiymətə verməklə “Baku Steel Company”ə ziyan vurub.
Çingiz Həsənovun sözlərinə görə, Rasim Məmmədovun ofşor şirkətləri olub, onların vasitəsilə xarici ölkələrə satış həyata keçirib.
Məhkəmədə məlum olub ki, Rasim Məmmədovun Türkiyədə də evləri var.
Lakin o, əldə etdiyi əmlakların öz qazancı olduğunu, heç kimin pulunu mənimsəmədiyini bildirib:
“İstintaq zamanı nə qədər əmlaklarımı satdırıblar, özümə çatmayan pullara görə 22 milyon manat ödəmişəm”.
“Baku Steel Company”nin tərkibindəki “Azərboru”nun 6 il baş direktoru olmuş Bahadur Əliyev də məhkəmədə ifadə verib. O bildirib ki, Rasim Məmmədov alanda zavod çox pis vəziyyətdə idi, sonradan yenidən quruldu. Onun sözlərinə görə, köhnə qalıqları, torpağın altından tapılan metal qırıntılarını toplayıb “Baku Steel Company”ə göndərirdilər: “Mənim işlədiyim müddətdə 98 min 800 ton metal göndərilib”.
O, məhkəmədə təsdiqləməsə də, istintaqdakı ifadəsində deyib ki, “Azərboru”nun göndərdiyi metalın 10-15 faizi rəsmiləşdirilirdi. Qalanı əhalidən alınıbmış kimi göstərilir, ona görə vəsait ayrılırdı.
O da məlum olub ki, “Azərboru”nun külli miqdarda vergi borcu vardı: “Çingiz müəllimə dedim ki, bezmişəm vergi məsələsinə görə”.
Rasim Məmmədov bildirib ki, bu məhkəmənin nəticəsi ona məlumdur: “Mənim səhvim onda olub ki, 20 milyon verib o zavodu aldım, inkişaf etdirdim. Gərək qoyaydım ki, Əmlak Komitəsi necə pis günə qoymuşdusa, elə də qalsın. Mənə “çox sağ ol” deməkdən hələ bir ittiham edirlər. Bu məsələni çox uzatmayaq, bunun axırını siz də bilirsiz, mən də. 10 il vermək lazımdırsa, verin, qurtaraq bu söhbəti”.
Məhkəmə prosesi oktyabrın 7-də davam edəcək.
Rasim Məmmədov ilk məhkəmə iclasında bildirmişdi ki, 2011-ci ildə Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə üçlükdə söhbət edib, razılığa gəliblər. Onun sözlərinə görə, zavoddan konkret maaş almayıb. Gəlir üçlük arasında bölünüb, o da öz payını götürüb.
1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.
Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.
412 dəfə oxundu