Azərbaycanda gənclər ən çox bu xəstəlikdən ÖLÜR

Azərbaycanda gənclər ən çox bu xəstəlikdən
Son illər Azərbaycanda ürək tutmasından vəfat edənlərin sayında ciddi artım müşahidə edilir. Xüsusilə gənclərin ürək tutmasından dünyasını dəyişməsi bu xəstəliyin daha təhlükəli hal almasından xəbər verir. İllər öncə ürək tutmasından ölənlər daha çox yaşlı nəslin nümayəndələri idisə, indi onların arasında gənclərə də rast gəlmək olar. Bu isə onu göstərir ki, artıq ürək xəstəliyi xeyli cavanlaşıb.

Bəs, bunun səbəbi nədir? Gənclərin ürəyi niyə tez dayanır?

Bu barədə Modern.az-a danışan tanınmış kardioloq Üzeyir Rəhimli bildirib ki, ürək xəstəliyinin artmasının əsas səbəbi insanların həyat tərzinin dəyişməsi ilə bağlıdır.

“Ürək xəstəliyinin cavanlaşması ilə bağlı dəqiq məlumat yoxdur, bu mübahisəli mövzudur. Ölümlər təxminən əvvəlki nisbətdədir. Bu gün məlumatlar o qədər çox və sürətlidir ki, hər kəsin bundan xəbəri olur. İnsanlar çox hərəkətdə olmurlar, qidalanma normaları dəyişib, daha çox sağlam olmayan qidalardan istifadə edirlər. Bu cür qidalardan istifadə zamanı şəkər, xolesterin nəzarətsiz olur. Siqaret çəkmə isə xəstəlik yaradan digər səbəblər sırasındadır. Bunları nəzərə alsaq ürək tutmadan ölənlərin sayını artmış hesab etmək olar. Amma bununla bağlı Azərbaycanda data yoxdur. Gənclərdə ürəktutma səbəbindən ölüm daha çox qeydə alınır. Çünki yaşlı insanlarda buna qarşı mexanizmlər meydana gəldiyi üçün onları qoruyur. Ancaq cavanlarda belə deyil. Onlarda ilk fürsətdən bədən müdafiəyə hazır olmur. Yaşlı adamlarda az-çox ürəyin qidalanma problemi var, bununla əlaqədar olaraq bədən özünün qoruyucu mexanizmlərini inkişaf etdirir. Gənclərdə bu mexanizm olmadığı üçün xəstəliyə tutulan zaman daha tez vəfat edirlər”, - həkim gənclərin ölüm səbəbindən danışıb.

Həkim qeyd edib ki, indiki dövrdə gənclər iki qrupa ayrılır: idman edənlər və hərəkət etməyənlər:

“20 il əvvəl gənclər hər yerə maşınla getmirdi, ancaq indiki dövrdə ən qısa məsafəyə belə maşınla gedirlər. Bir çox parklarda xüsusi idman alətləri var ki, bunlar sosial proyektlərdir. Son vaxtlar gənclərin həddən çox istifadə etdiyi enerji içkiləri də onların sağlamlığı üçün çox zərərlidir. O içkilərdən uzaq durmalıdırlar. Ölkənin ən müasir problemlərindən biri də yuxu rejiminin pozulmasıdır. İnsanlar daha gec yatıb, daha tez dururlar, bu da bütün xəstəlikləri artırır. Təzyiq, şəkər daima nəzarətdə olmalıdır. Son vaxtlar stress faktoru həddən artıqdır, dünyada baş verənlər insan psixologiyasına mənfi təsir edir. Ən böyük problemlərdən biri də iş saatının bəlli olmamasıdır. İnsanlar əvvəllər 8 saat işləyirdi, amma indi belə norma aradan qalxıb. İşçilər gecə yarısına kimi işləyirlər, nə tətilləri var, nə də məzuniyyətləri. Bunlar hamısı zərərləri və xəstəliyi oyadan faktorlardır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
494 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...