Şəkinin bu kəndində müəllimlər dərsi boykot etdi - FOTO/VİDEO

Şəkinin bu kəndində müəllimlər dərsi boykot etdi -
Şəkinin Cəfərabad kənd tam orta məktəbində müəllimlər dərsləri boykot edib. Bu barədə Gununsesi.info-ya adıçəkilən kəndin müəllimlərinin göndərdiyi məlumatda deyilir.

Məlumata görə, müəllimlərin boykot qərarına həmin məktəbdə təhsil alan şagirdlər də qoşulub. Buna səbəb isə ötən il korrupsiya və digər neqativ əməllərinə görə işdən azad olunmuş direktor Rahim Salamovun yenidən işə qayıtmasıdır.

Müəllimlər deyir ki, yeni tədris ilində keçmiş direktor ortalığa çıxmasa da bu gün onun məktəbə gəlişi hər kəsi təəccübləndirib: “İndi gəlib ki, mən direktoram, amma biz onu qəbul etmirik. Valideynlər də onu istəmir. “Günün Səsi” xəbər saytının bu məsələni nazirimizin diqqətinə çatdırmasını xahiş edirik”.

Olayla bağlı əməkdaşımız Rahim Salamovun mövqeyini öyrənməyə çalışsa da o, danışmaqdan imtina edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
449 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...