Mingəçevir Teatrında araşdırma hələ davam edir - Mədəniyyət Naziri

Mingəçevir Teatrında araşdırma hələ davam edir -

Mingəçevir Teatrında yoxlama aparılıb, nəticələr üzərində ümumi araşdırma hələ ki, davam edir.

Bunu APA-nın sualına cavab olaraq, mədəniyyət naziri Anar Kərimov deyib. Nazir bu və bu kimi hallarla mübarizəyə diqqət çəkib: "Birmənalı olaraq, bildirim ki, biz hər bir nöqsana ciddi formada yanaşırıq. Bu cür nöqsanlar aşkar edildikdə dərhal tədbirlər görülür və bu proses hər zaman davam etdiriləcək. Bildiyiniz kimi, bir neçə regionumuzda da bu cür nöqsanlar barədə siqnallar alınıb və dərhal araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi kimi hüquq-mühafizə orqanlarına müraciət edilib. Səhv eləmirəmsə, 11-12 bu kimi hallar üzrə hüquq-mühafizə orqanları tərəfindən ciddi istintaq aparılır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
388 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...