Azad edilmiş əraziyə keçmək istəyən şəxs həbs olunub

Azad edilmiş əraziyə keçmək istəyən şəxs həbs olunub
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazələri olmadan keçməyə cəhd göstərən şəxslər saxlanılaraq inzibati qaydada məsuliyyətə cəlb olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, rayon sakinləri Xəyal Quliyev və Sahil Rüstəmov idarə etdikləri avtomobillərlə işğaldan azad edilmiş ərazilərə daxil olmaq istəyərkən nəzarət qaydasına uyğun olaraq post ərazisində polis əməkdaşları tərəfindən saxlanılıblar. Yoxlamalar zamanı həmmin şəxslərin müvafiq icazələri olmadığı müəyyən edilib və barələrində protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən X.Quliyev 10 gün müddətinə həbs, S.Rüstəmov isə inzibati qaydada cərimə edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
461 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...