“Bakıda yaşıllığın ümumi həcmi cəmi 920 hektardır, bu fəlakətdir…”

“Bakıda yaşıllığın ümumi həcmi cəmi 920 hektardır, bu fəlakətdir…”
“Ekologiya Nazirliyinin bu gün yayılan məlumatına görə, Bakıda yaşıllıq sahələrinin həcmi cəmi 920 hektardır. Ümumi ərazisi 214 min hektar olan meqapolis üçün faciəvi səviyyədə aşağı bir göstəricidir – ümumi ərazinin hətta 0.5%-i belə yaşıllıq sahəsi deyil”.
Azpost.info bildirir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.

Ekspert bəzi müqayisələri təqdim edib: “Bu göstərici İstanbulda 2.2%, Tokioda 7,5%, Parisdə 9.5%, Berlində 14,4%, Nyu-Yorkda 27%, Londonda 33%, Vyanada 45%, Osloda 68% təşkil edir. Yaşıllıq sahəsi dedikdə bütünlükdə ictimai istifadədə olan meşə, park və bağçalar nəzərdə tutulur. Bakının 0.5%-lik yaşıllıq göstəricisi bizim ekoloji baxımdan nə dərəcədə əlverişsiz bir ərazidə yaşadığımızı göstərir. Ən böyük fəlakət odur ki, yaşıllıqdan bu qədər yoxsul şəhər son 20 ildə olan-qalan yaşıllıqların məhv edilməsilə nəhəng tikinti meydançasına çevrilib”.
R.Ağayev deyib ki, Bakı ilə bərabər Abşeron da eyni fəlakəti yaşayır. Xırdalanda son 15 ildə potensial olaraq park və ya meşə zolağına çevrilə biləcək 2 böyük ərazinin sıx məskunlaşma ərazisinə çevrilməsi təkcə ekoloji fəlakətə yox, həm də demoqragik və nəqliyyat böhranına səbəb olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...