"Azəristiliktəchizat" Tarif Şurasına müraciət edib?

"Azəristiliktəchizat" Tarif Şurasına müraciət edib?
"Hazırda əhali qrupuna verilən istiliyin sayğaclaşdırılması gündəmimizdə deyil".

Gundeminfo.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda pilot olaraq qeyri-əhali qrupu üçün məhdud sayda sayğaclaşma prosesə start verilib:

"Pilot olaraq ən sərfəli sayğacı müəyyənləşdiririk ki, gələcəkdə əhali qrupuna verilən istiliyin sayğaclaşmasında problem yaşanmasın. Beynəlxalq standartlara uyğun sayğaclar quraşdırılacaq".

Qurum rəsmisi qeyd edib ki, qiymətlərin dəyişdirilməsi ilə bağlı isə Tarif Şurasına heç bir müraciət olunmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...