Almaniyanın Kiyevdəki konsulluğu Rusiyanın hücumu zamanı ziyan çəkib

Almaniyanın Kiyevdəki konsulluğu Rusiyanın hücumu zamanı ziyan çəkib
Rusiyanın Ukraynanın paytaxtı Kiyev şəhərinə və digər vilayətlərinə hücumu zamanı Almaniya konsulluğunun binasına ziyan dəyib.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb.

Bildirilib ki, konsulluğun viza bölməsi zərər görüb.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Məlumata görə, təkcə Kiyevdə 8 nəfər ölüb, 30 nəfər yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
387 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...