"Yeni Klinika" qaz borcuna görə məhkəməyə verildi

"Yeni Klinika" qaz borcuna görə məhkəməyə verildi
"Azəriqaz" İstehsalat Birliyi (İB) "Yeni Klinika" və "Xəzər Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzi ilə bağlı məhkəməyə müraciət edib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə İB Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki," Azəriqaz" müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - istehlak edilmiş qaz enerjisinin ödənilməsi ilə bağlı tələb irəli sürüb. İddia hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
384 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...