Ermənistan tərəfindən döyüşən muzdlular axtarışa verildi - RƏSMİ

Ermənistan tərəfindən döyüşən muzdlular axtarışa verildi -
"44 günlük müharibədə Ermənistan tərəfindən döyüşə qatılan muzdlular arasında Rusiya, Gürcüstan, İran vətəndaşları var".

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) 44 günlük müharibədə Ermənistan hərbi qüvvələri tərəfindən Gəncəyə endirilən zərbələrin ikinci ildönümü ilə bağlı Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

İlqar Səfərov bildirib ki, onların kimliyi əməliyyat istintaq tədbirləri nəticəsində müəyyən olunub:

“Onlarla bağlı müvafiq qərarlar qəbul olunub və bu şəxslər axtarışa verilib. Bu şəxslər hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə məsuliyyətə cəlb olunacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...