"İmtahanda iştirak edən 2 min müəllim perimetri verilən kvadratın sahəsini hesablaya bilmir"

  "İmtahanda iştirak edən 2 min müəllim perimetri verilən kvadratın sahəsini hesablaya bilmir"
“Azərbaycan müəllimlərinin əksəriyyəti bu gün öz peşəsinə yararlıdır və artırılmış əməkhaqqı ilə peşələrini davam etdirəcəklər. Müəllimlərin sertifikasiya imtahanlarında iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmir”.
Yeniavaz.com xəbər verir ki, bunu “Real” TV-yə müsahibəsində elm və təhsil naziri Emin Əmrullayev bildirib.
“Müəllim öz fənnini bilmirsə, sinif otağındakı azyaşlı şagirdə nə öyrədə bilər? Çox ciddi problemlə üz-üzəyik. İmtahanda iştirak edən 11 min müəllimdən 2 mini kvadratın perimetri veriləndə onun sahəsini hesablaya bilmirsə, burada güzəşt etmək mümkündürmü? Birmənalı olaraq, yox. Təhsildəki bu tip güzəştlər Vətənə xəyanətdən daha ciddi problemdir. Öz fənnini bilməyən müəllim altı yaşlı uşağın gələcəyini əlindən alırsa, bundan pis nəsə təsəvvür edə bilmirəm”, - nazir bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
705 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...