İradə Zeynalova səfir təyin edildi

İradə Zeynalova səfir təyin edildi

Azərbaycanəsilli jurnalist İradə Zeynalova Rusiyanın Mavrikidəki səfiri təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Rusiya prezidenti Vladimir Putin sərəncam imzalayıb.

Qeyd edək ki, Zeynalova bu il Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirib. Teleaparıcı NTV-də "Həftənin nəticələri" verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda "Vremya" proqramının bazar buraxılışının aparıcısı olub, Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri kimi fəaliyyət göstərib. 2021-ci ildə Zeynalova "təbliğat fəaliyyətinə" görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Mavriki Afrikada yerləşən ada dövlətidir. Hind okeanında, Afrikaya aid edilən Madaqaskar adasından 700 km şərqdə yerləşir. Ölkənin coğrafi və hərbi strateji mövqeyi çox əlverişlidir. Çünki ada Afrikadan Hindistana, Cənub-Şərqi Asiya ölkələrinə və Avstraliyaya gedən beynəlxalq dəniz və hava yolları üzərindədir. Ölkənin paytaxtı Port Luizdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
134 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...