Çörək yenə BAHALAŞACAQ
“Qazaxıstan və Rusiyada taxılla bağlı qıtlıq və bu ölkələrdən Azərbaycana buğda idxalında yarana biləcək məhdudiyyətlərlə əlaqədar çörəyin qiymətinin bahalaşacağı deyilir. Biz Rusiya və Qazaxıstanla kifayət qədər konsktruktiv münasibətlər qurmuşuq və idxal baxımından mövcud ola biləcək problemlərin qarşısını almışıq. Amma dünya iqtisadiyyatındakı qeyri-müəyyən şərait, xüsusilə qiymətlərin dəyişməsi idxaldan asılılıq şəraitində daxili bazara ciddi təzyiqlər göstərir”.
Bu fikirləri Bakupost.az -a Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov deyib.
O bildirib ki, əgər dünya bazarında hansısa ciddi qiymət dəyişiklikləri olarsa, onda Azərbaycanda da bahalaşma qaçılmaz olacaq. Buna görə də istehsalın artırılması və stimullaşdırılması vacibdir.
E.Məmədovun sözlərinə görə, dövlət müvafiq vergi yumşalmaları, gömrükdəki rüsumların azaldılması, sıfırlanması hesabına strateji məhsulların qiymətlərinin sabit saxlanılması üçün bəzi tədbirlər görür. Amma yenə də idxaldan asılılıq mütləq şəkildə bazardakı qiymətlərin qeyri-müəyyənliyini şərtləndirir:
“Hesab edirəm ki, payız-qış aylarında ənənəvi olaraq çörəyə tələbin artması qiymətlərə müvafiq təzyiq göstərəcək. Biz lazımi ehtiyat fondunu təmin etsək, ən azı yaxın perspektivdə çörəyin qiymətinin sabit saxlanılması mümkün olar”.
95 dəfə oxundu