“Rusiyadan ölkəmizə birbaşa hərbi təhlükə görmürəm”

“Rusiyadan ölkəmizə birbaşa hərbi təhlükə görmürəm”

“Ukraynadakı hazırkı hadisələrə baxmayaraq, Rusiyadan ölkəmizə birbaşa hərbi təhlükə görmürəm”.

“Report” xəbər verir ki, bunu Norveçin müdafiə naziri Byorn Arild Qram bildirib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra ölkələr arasında qarşılıqlı əlaqə dəyişib:

“Eyni zamanda, biz bəzi rabitə xətlərini saxlamışıq, balıqçılıq sahəsində əməkdaşlıq edirik və birlikdə dənizdə xilasetmə işləri ilə məşğul oluruq.Həmçinin çox az aktivlik olsa da, hərbçilərimiz arasında əlaqə saxladıq. Haçansa hər şey normala dönməlidir. Amma ola bilər ki, işlər əvvəlki kimi olmayacaq, çünki bu vəziyyətin də uzunmüddətli nəticələri var”.

Qram əlavə edib ki, hazırda Norveçdə yalnız üç liman balıqçı gəmiləri üçün açıqdır:

“Ukraynada baş verən cari hadisələr fonunda Norveç müdafiə xərclərini artırıb və maarifləndirmə işləri aparır. Bununla belə, biz Norveçin özünə qarşı konkret birbaşa hərbi təhlükə görmürük. Bu, ciddi vəziyyətdir, hazır olmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...