İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb

İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb


İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb. Rza Kazimi və Mahək Haşimi adlı 16 yaşlı yeniyetmələr hökumət qüvvələrinin açdığı atəş və dəyənək zərbələri əticəsində dünyalarını dəyişib. GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Belə ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, noyabrın 27-i Şiraz və Kamyaran şəhərlərində etirazlar zamanı gülləllənən və döyülən iki yeniyetmə həyatını itirib.

Rza Kazimi noyabrın 21-də etiraz aksiyasında güllə yarası aldıqdan sonra xəstəxanaya köçürülüb və yarasının ağır olduğuna görə ayın 27-də dünyasını dəyişib.

Mahək Haşimi isə noyabrın 25-də Şiraz şəhərində keçirilən etiraz aksiyasına qatıldığına görə döyülüb və ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yeniyetmə qız noyabrın 27-də həyatını itirib.

Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...