Ukrayna məhkəməsi Misir Qasımlıya hökm oxudu

Ukrayna məhkəməsi Misir Qasımlıya hökm oxudu

Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə hökm oxuyub.

“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən məhkəmə prosesində onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilərək 8 il azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, təqsirləndirilən şəxsin sözlərinə görə, milliyətcə erməni olan bir əcnəbi onu döyməkdə şərləyib. Bildirib ki, onu qanunsuz olaraq həbsdə saxlayırlar.

Qeyd edək ki, 29 yaşlı Misir Qasımlı Vətən Müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
537 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...