Zelenski Vaşinqtonda Baydenlə görüşəcək

Zelenski Vaşinqtonda Baydenlə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün ABŞ-a səfər edərək Amerika lideri Cozef Baydenlə görüşəcək.

Bu barədə “Report” “Axios”a istinadən xəbər verir.

Qeyd edilir ki, Ukrayna lideri ABŞ Konqresində çıxış etmək niyyətindədir.

Nəşr yazır ki, səfərlə bağlı məlumat Kapitol polisinin rəhbərliyindəki bir neçə mənbə tərəfindən təsdiqlənib. Hazırda polis təhlükəsizliyi gücləndirmək üçün çalışır.

Ukrayna rəhbərinin amerikalı tərəfdaşlara göstərdikləri köməyə görə təşəkkür edəcəyi, həmçinin Rusiyaya qarşı daha çox müqavimət göstərmək üçün nə üçün daha çox maliyyə vəsaitinin lazım olduğunu izah edəcəyi gözlənilir.

Bundan əlavə, nəşr qeyd edir ki, Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bütün üzvlərdən çərşənbə günü axşam keçiriləcək iclasda iştirak etməyi xahiş edib.

Öz növbəsində CNN bildirib ki, səfər zamanı Volodimir Zelenski ilə ABŞ Prezidenti Cozef Bayden arasında görüş üzərində iş gedir.

“Görünür, o, (Zelenski - red) Prezident Baydenə şəxsən müraciət edə biləcək, hazırda Prezident Zelenskinin Prezident Baydenlə təkbətək görüşü üçün Ağ Evə getməsi planlaşdırılır”, - CİNN əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...