İstifadəçilər Maskın direktor olmasını istəmədilər - İstefa verir

İstifadəçilər Maskın direktor olmasını istəmədilər -
Bu ilin oktyabr ayında “Twitter” sosial şəbəkəsini 44 milyard dollara satın alan İlon Mask şirkətin rəhbərliyindən istefa verəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı İlon Mask sosial şəbəkə hesabında paylaşıb.

Mask yazıb ki, bu işi öhdəsinə götürəcək qədər “axmaq” birini tapan kimi vəzifəsindən istefa verəcək: “Bundan sonra yalnız proqram təminatı və server komandalarını idarə edəcəm".
Məlumat üçün qeyd edək ki, bir qədər əvvəl Mask sosial şəbəkə hesabında sorğu keçirib və istifadəçilərdən onun “Twitter” rəhbərliyində qalıb-qalmamasına münasibət bildirmələrini istəyib. Sorğuda iştirak edən “Twitter” istifadəçilərinin əksəriyyəti Maskın vəzifədən getməsini istəyiblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
540 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...