İranda keçmiş prezidentin qızına 5 il həbs cəzası verildi

İranda keçmiş prezidentin qızına 5 il həbs cəzası verildi
İranda sentyabrın sonundan həbsdə olan keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi Rəfsəncani 5 il müddətinə azadlıqdan məhrum edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun vəkili Nida Şəms AFP-yə məlumat verib.


Məhkəmənin Rəfsəncanini ölkənin təhlükəsizliyinə qarşı əməkdaşlıqda, sistem əleyhinə təbliğat aparmaqda və qanunsuz görüşlərdə iştirak edərək nizam-intizamı pozmaqda ittiham etdiyini bildirən vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Qeyd edək ki, Rəfsəncani sentyabrın 27-də ölkədə baş verən etirazlar zamanı xalqı etirazlara səsləməkdə ittiham olunaraq saxlanılıb. 60 yaşlı Rəfsəncani 2012-ci ilin sonlarında da saxlanılmış və “İran əleyhinə təbliğat apardığına” görə 6 ay müddətinə həbs edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...