Sanksiyalar Rusiya iqtisadiyyatını çökdürür: Defoltla üzləşə bilər - FOTO
2023-cü il Rusiya üçün heç də xoş olmayan xəbərlərlə başlayıb. Sanksiyalar ölkə iqtisadiyyatını çökdürməkdədir - inflyasiya və sürətli bahalaşma ilə yanaşı, ölkənin əsas gəlir mənbəyi hesab olunan neft və qazın satışında ciddi böhran yaşanır. Yanvarın əvvəlindən başlayaraq, Rusiya nefti Brent markalı neftdən təxminən iki dəfə ucuz satılır. Qərbin tətbiq etdiyi embarqo və qiymət tavanına görə Rusiya neftini əsasən Çin və Hindistana satmaq məcburiyyətindədir. Vəziyyəti onsuz da yaxşı olmayan Rusiya büdcəsi bu səbəbdən bir neçə trilyon rubl daha az əldə edəcək. Bəllidir ki, Rusiya neftinin qiymətinin düşməsinin əsas səbəbi Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalardır. Dekabrın 5-də Rusiya xam neftinin Avropa İttifaqına tankerlərlə tədarükünə embarqo tətbiq olunmağa başlayıb. Eyni zamanda, Aİ ölkələri, G7 (Böyük yeddilik) və Avstraliyanın müəyyən edilmiş qiymət tavanından baha olan Rusiya neftinin daşınması və sığortalanmasının qadağan edilməsi barədə qərarı qüvvəyə minib. Bundan əlavə, Rusiyada büdcə kəsiri də pik həddə çatıb.
Bəs Rusiya iqtisadiyyatı yaranmış durumdan çıxmaq vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Hətta ən optimist ekspertlər belə ürəkaçan nəsə gözləmirlər. Ümumiləşmiş fikir budur ki, bu cür davam edərsə, gələn il Rusiya defoltla üzləşə bilər.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Ekspertlər hesab edirlər ki, Ukraynadakı münaqişənin uzanması hökuməti və Mərkəzi Bankı davamlı inflyasiya təzyiqlərinə qarşı mübarizəni davam etdirməyə məcbur edəcək. Rusiya mediası açıq etiraf edir ki, ölkə iqtisadiyyatı ciddi böhran içindədir.
“Vedomosti” Rusiya iqtisadiyyatının çökməsinin bir neçə variantını proqnozlaşdırıb. Ən əlverişli variant, analitiklərin fikrincə, iqtisadi aktivliyin qorunub saxlanması ola bilər. Bu da o şərtlə mümkündür ki, qlobal iqtisadi artım tempi 3 faiz səviyyəsində qalsın, enerji qiymətləri də ucuzlaşmasın. Belə olan halda, 2023-cü ildə Rusiyanın ÜDM-i artıma keçə bilər. Amma bu, o qədər də real deyil. Ən bədbin ssenari qlobal iqtisadiyyatda struktur tənəzzülün baş verməsi fonunda böhranın yaşanmasıdır. Analitiklərin fikrincə, bu ssenaridə Rusiya iqtisadiyyatı 6 faizdən çox azala bilər. Bundan əlavə, “ikinci 2010-cu illər” və təcrid olunmayan böhran kimi variantlar da mümkündür.
Rusiya hazırda Çin və Hindistana neft göndərmək üçün Çin supertankerlərindən istifadə edir. Bu da ona nəqliyyat xərclərini azaltmağa və sanksiyalara görə itirilən mənfəəti kompensasiya etməyə kömək edir. Ticarət mənbələri və kəşfiyyat-izləmə məlumatlarına görə, Çinə məxsus ən azı dörd supertanker Rusiyanın Urals xam neftinin daşınmasında iştirak edir. Bu, Moskvaya sanksiyaların tətbiqindən sonra dəniz yolu ilə daşımaları təşkil etməyə kömək edir. Dekabr ayında tətbiq edilən G7 qiymət həddi Avropa İttifaqından kənar ölkələrə Rusiya neftinin dənizdən idxalına icazə verir. Mənbələr bildirirlər ki, beşinci supertanker və ya çox böyük VLCC sinifli neft daşıyıcısı Rusiya neftini endirimlə almağa davam edən Hindistana xam neft çatdırır. Hindistan neft emalı zavodları Rusiya neftinin barreli 15-20 dollar endirimlə əldə edirlər.
ABŞ Energetika Nazirliyinin proqnozuna görə, 2023-cü ildə Rusiyada maye karbohidrogen hasilatı 2022-ci illə müqayisədə 1,5 milyon azalaraq sutkada 9,5 milyon barelə düşəcək. 2022-ci ilin yanvarında, Ukraynanın işğalından əvvəl Rusiya neft hasilatı 11 milyon barel idi. Rusiyanın Energetika və Maliyyə İnstitutunun baş eksperti Aleksandr Titov hesab edir ki, qiymət tavandan xeyli aşağı səviyyədə qalsa belə, hasilatda ABŞ Energetika Nazirliyinin proqnozunda göstəriləndən daha əhəmiyyətli azalma olmayacaq. “Şirkətlərin əməliyyat xərcləri imkan verir ki, qiymət 30 dollara qədər ensə belə, rentabelliyi qoruyub saxlasınlar. Rusiya üçün optimal strategiya yeni alıcılar axtarmaq və logistikanı təşkil etməkdir”, - deyə Titov bildirib.
Neftin qiymətinin aşağı düşməsi ilk növbədə federal büdcəyə təsir göstərir, ayrılan vəsait azalır. Helsinki Enerji Tədqiqatları Mərkəzinin (CREA) ekspertlərinin hesablamalarına görə, xam neftin qiymətinə qoyulan məhdudiyyətlərə görə, Rusiya gündəlik 172 milyon dollar itirir. Dekabrda Rusiyanın xam neft ixracı 12 faiz, xam neft gəlirləri isə 32 faiz azalıb. Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, 2030-cu ilə qədər Kreml neft satışından təxminən 1 trilyon dollar ixrac gəlirini əldən verəcək.
Rusiya Avropaya qaz tədarükünü kəsməklə qiymətlərin ultra bahalaşmasına nail olacağına ümid edirdi. Lakin vəziyyət elə inkişaf edib ki, Avropanın qaz anbarları alternativ mənbələrdən doldurulur, Rusiyanın “Qazprom” şirkəti isə hasilatı azaldır.
Hələ müharibədən əvvəl Avropanın “Qazprom”dan asılılığı 40 faiz idi. Hazırda Avropanın aldığı qazın cəmi 6 faizi Rusiyadan idxal edilir. Faktiki olaraq Avropa Rusiyadan qaz asılılığından qurtulub. Bruegel Analitik Mərkəzinə görə, Avropa hökumətləri böhranı əhəmiyyətli bir təhlükə olaraq görüb və milli gəlirin təxminən 3 faizini enerji subsidiyalarına xərcləməyi planlaşdıraraq ev təsərrüfatlarına və şirkətlərə vurulan zərbəni yumşaldıb. İndi Avropada maye qazın qiyməti 65 avro civarındadır ki, bu da işğal ərəfəsində olan səviyyədən xeyli aşağıdır. Yayla müqayisədə qazın qiyməti 5 dəfədən çox ucuzlaşıb. ING Bank-ın qlobal makroiqtisadiyyat rəhbəri Karsten Brzeskinin sözlərinə görə, qarşıdakı aylarda qitəyə sərt qış gəlməsə, enerji böhranı riski çox aşağı olacaq.
527 dəfə oxundu