ABŞ İranda hərbi əməliyyatları istisna etmir
Amerika Birləşmiş Ştatları hökuməti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “Əl Ərəbiyyə”yə müsahibəsində deyib.
O xatırladıb ki, İran hakimiyyəti yayın sonunda beynəlxalq nüvə sazişinə qayıtmaq imkanı əldə edib, lakin onlar bunu rədd ediblər.
“İndi bizim diqqətimiz o vaxtdan bəri baş verən bir çox şeylərə, o cümlədən gənclərin, xüsusən də qadınların öz əsas hüquqlarını müdafiə etdiyi bir vaxtda İran xalqına qarşı törədilən dəhşətli repressiyalara yönəlib. Eyni zamanda, İranın Ukraynaya qarşı apardığı təcavüz müharibəsində Rusiyaya pilotsuz təyyarələr və ola bilsin ki, digər silah sistemləri verməklə onu necə dəstəklədiyini də görürük”, - Blinken bildirib.
Dövlət katibi deyib ki, ABŞ diplomatiyanın İranın nüvə proqramı ilə bağlı beynəlxalq narahatlıqları həll etmək üçün ən təsirli yol olduğuna əmindir:
"Diplomatiya masadan heç vaxt ayrılmır. Amma prezident Bayden də açıq şəkildə bildirib ki, biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda qərarlıyıq və bunun baş verməməsi üçün bütün variantlar danışıqlar masasında qalır. Lakin diplomatiya bizim üstünlük verdiyimiz yol olardı".
Jurnalistin, ABŞ-ın hərbi variantı nəzərdən keçirib-keçirməməsi ilə bağlı sualına Blinken belə cavab verib:
“Bütün variantlar masadadır”.
Xatırladaq ki, yanvarın 26-da İsrail Müdafiə Qüvvələri və ABŞ Mərkəzi Komandanlığı İsraildə və Aralıq dənizinin şərqində indiyə qədər ən irimiqyaslı birgə təlimlərini başa vurub.
Yanvarın 29-na keçən gecə isə sosial şəbəkələrdə İranda strateji obyektlərdə partlayışların olması ilə bağlı xəbərlər yayılıb.
Media İsrailin İranda hərbi əməliyyata başladığını iddia edib.
553 dəfə oxundu