Kosovada Türkiyəyə görə milli matəm elan edildi

Kosovada Türkiyəyə görə milli matəm elan edildi
Kosovo Türkiyəyə əhəmiyyətli dəstək verib.

KONKERT.az xəbər verir ki, Kosovo prezidenti Vjosa Osmani episentri Kahramanmaraş olan zəlzələlərdən sonra sabah bir günlük milli matəm elan edib.

Osmani sosial media hesabından verdiyi açıqlamada qeyd edib:

“Bu cür faciələr qarşısında dəstəyə ehtiyacı olanların yanında olmalıyıq. Türkiyə və Suriya xalqının ağrısı bizim də ağrımızdır. Ona görə də konstitusiya səlahiyyətlərimə əsaslanaraq, 8 fevral çərşənbə günü Kosovo Respublikasında milli matəm günü elan edilib”.

Dünən Osmaninin göstərişi ilə Kosovo Təhlükəsizlik Qüvvələrinin (FSK) 30 nəfərlik əsgəri Adem Yaşari hava limanında Türkiyəyə doğru hərəkət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...