Ohanyandan Ermənistanı tərk etməmək barədə yazılı iltizam alınıb

Ohanyandan Ermənistanı tərk etməmək barədə yazılı iltizam alınıb
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan dindirilmək üçün ölkənin Milli Təhlükəsizlik Xidmətinə çağırılıb.

APA xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb. Ohanyan yazılı ifadə verməsə də? ona qarşı irəli sürülən ittihamı qəbul etmədiyini bildirib.

Ondan ölkəni tərk etməmək barədə yazılı iltizam alınıb.

Xatırladaq ki, Ermənistan Baş prokurorluğu tərəfindən 2008-2009-cu illərdə Seyran Ohanyanın 1,2 və 0,9 hektar sahəsi olan torpaq sahələrini Müdafiə Nazirliyinin ehtiyacının olmaması səbəbi ilə bazar qiymətindən dəfələrlə ucuz qiymətə satılması barədə qərar verməsi və vəzifə səlahiyyətlərini aşması nəticəsində ağır nəticələrə gətirib çıxaran digər əməllərdə təqsirli olması səbəbilə iddia qaldırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
462 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...