Ermənistanın sabiq müdafiə naziri axtarışa verildi

Ermənistanın sabiq müdafiə naziri axtarışa verildi
Ermənistanın keçmiş müdafiə naziri Vigen Sarkisyan axtarışa verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətindən “Armenia Today”ə bildirilib.
Qeyd olunub ki, bundan əvvəl Baş Prokurorluq V. Sarkisyanın cinayət işi üzrə təqsirləndirilən şəxsə çevrildiyini bəyan edib.
Agentliyin məlumatına görə, o müdafiə naziri olduğu müddətdə İrəvandakı yaşayış binalarından birində bir sıra mənzillər hökumətin müvafiq qərarı ilə müəyyən edilmiş prosedur pozulmaqla bölüşdürülüb.
2019-cu ilin sentyabrında V. Sarkisyan ABŞ-da olduğunu bəyan edib. Sarkisyan daha sonra cinayət işində ona qarşı irəli sürülən ittihamları “siyasi təqibin təzahürü” adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
429 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...