“Bu halda bütün raketlərimiz Bundestaqa və kanslerin ofisinə uçacaq”

“Bu halda bütün raketlərimiz Bundestaqa və kanslerin ofisinə uçacaq”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, ölkə başçısı Vladimir Putinin həbs ehtimalı barədə açıqlama verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Medvedev Putinin həbs edilməsinin müharibə elanı olduğunu qeyd edib.
“Belə bir şey ola bilməz, ancaq təsəvvür edin Putin Almaniyaya getdi və həbs olundu. Bu nə deməkdir? Rusiyaya qarşı müharibə elanı deməkdir. Bu halda bütün raketlərimiz Bundestaqa (Almaniya Federal Məclisi) və kanslerin (Olaf Şolts) ofisinə uçacaq”, - deyə o bildirib.
Xatırladaq ki, Almaniyanın ədliyyə naziri Marko Buşman Rusiya Prezidenti Vladimir Putini Almaniyaya səfər edəcəyi təqdirdə həbs edəcəyinə söz verib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...