Nazarbayev mühafizədən də məhrum edilir

Nazarbayev mühafizədən də məhrum edilir
Qazaxıstan hakimiyyəti Milli Təhlükəsizlik Komitəsi (MTK) haqqında əsasnamədən respublikanın birinci prezidenti Nursultan Nazarbayevin mühafizəsi ilə bağlı ayrıca bəndi çıxarmağı planlaşdırır.

Gundeminfo.az xəbər verir ki, bu barədə ölkənin “Açıq hüquqi aktlar” portalında məlumat dərc olunub.
İctimai müzakirəsi noyabrın 24-dək davam edəcək sənədə əsasən, Milli Təhlükəsizlik Komitəsi haqqında qüvvədə olan əsasnaməyə dəyişiklik və əlavələr edilir. Belə ki, xüsusən, 14-cü bəndin 2-ci yarımbəndinin 13-cü abzasının başqa redaksiyada verilməsi təklif edilir və burada komitənin “Qazaxıstan Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsində iştirak etmək” öhdəliyi daşıdığı qeyd olunur.

Bu bəndin əvvəlki redaksiyasında deyilir ki, Milli Təhlükəsizlik Komitəsi Qazaxıstan Respublikasının Prezidentinin və Qazaxıstan Respublikasının birinci Prezidentinin – Elbasının təhlükəsizliyinin təmin edilməsində iştirak etməyə borcludur.//Axar.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
390 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...