Rusiya kəşfiyyatı: Qərb Zelenskiyə əvəz axtarmağa başlayıb

Rusiya kəşfiyyatı: Qərb Zelenskiyə əvəz axtarmağa başlayıb
Aparıcı Qərb ölkələrinin yüksək vəzifəli şəxsləri Ukrayna Prezidenti Vladimir Zelenskinin dəyişdirilməsi zərurətini getdikcə daha çox müzakirə edirlər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Brüsseldə Zelenskinin mümkün varisləri arasında Zalujnı, Budanov, Yermak, Aretoviç, Kliçkonu nəzərdən keçirilir.

"Qərbdə hesab edirlər ki, Zelenski həddindən artıq irəli gedib və lazım gələcəyi təqdirdə münaqişəni “dondurmaq” üçün Rusiya Federasiyası ilə danışıqlarda tərəf ola bilməyəcək. Zelenskinin Qərb tərəfindən mümkün dəyişdirilməsinin səbəbləri arasında onun “sonsuz kobudluğu” və Rusiya ilə münaqişədə manevr qabiliyyətini itirməsi də göstərilir. ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, hərbi vəziyyətin inkişafını nəzərə alaraq, Zelenskinin tezliklə dəyişdirilməsi zərurəti yarana bilər", deyə Rusiya Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
366 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...