Ermənistanın dövlət borcu 11 milyard 116 milyon dollara çatıb

Ermənistanın dövlət borcu 11 milyard 116 milyon dollara çatıb
Oktyabrda Ermənistanın dövlət borcu 11 milyard 116 milyon dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyanın məqaləsində bildirilir.

Qeyd edilir ki, ölkədə iqtisadi artım templəri aşağı düşür. Müəllif vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinin yaratdığı xarici amillərin təsiri ilə Ermənistanın əvvəlki iki ildə qeydə alınmış yüksək iqtisadi artımının qısamüddətli xarakter daşıması artıq reallıqdır.

Xüsusən bu ilin ikinci rübündən etibarən iqtisadi fəallıq durmadan azalmağa başlayıb. 2022-ci ilin doqquz ayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM artımı 12,3 faiz olub, 2023-cü ildə isə müqayisəli göstərici 2,8 faiz azalıb.

Oktyabr ayında Ermənistanın iqtisadi fəaliyyət indeksində keçən ilin eyni ayı ilə müqayisədə artım 17,5 faiz təşkil edib ki, bu da sonradan 2023-cü ildə üç dəfə azalıb, oktyabrda 6 faiz təşkil edib.

Üstəlik, 2023-cü ildə ÜDM-in ikirəqəmli artıma yaxın olduğu şəraitdə belə, oktyabr ayına olan məlumata görə, Ermənistanın dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 11 milyard 116 milyon ABŞ dolları təşkil edib. 2022 oktyabr ayında da keçən ilin eyni dövrü ilə müqayisədə dövlət borcu təxminən 10 faiz artaraq 10 milyard dollar həddini keçib.

Qeyd edilir ki, əvvəlki illə müqayisədə 2022-ci ildə ÜDM 12,64 faiz artıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...