“Kirmanda partlayış törədənlər kamikadzelərdir”

“Kirmanda partlayış törədənlər kamikadzelərdir”
İranın Kirman şəhərində, İslam İnqilabı Keşikçiləri Korpusuna aid (İran Silahlı Qüvvələrinin elit birliyi) “Əl-Qüds” qüvvələrinin komandiri, general Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında partlayıcı qurğular kamikadzelər tərəfindən aktivləşdirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə IRNA agentliyi mənbəyə istinadən məlumat yayıb.
“Hadisə yerinin və CCTV görüntülərinin ətraflı tədqiqindən sonra inamla deyə bilərik ki, birinci partlayış kamikadze tərəfindən törədilib. İkinci partlayış da, çox güman ki, eyni səbəbdən baş verib”, - deyə məlumatda bildirilib.
Agentliyin məlumatına əsasən, terrorçular qəbiristanlığın girişindəki yoxlama məntəqəsindən asanlıqla keçə bilmədikləri üçün Süleymaninin məzarının 1,5 və 2,7 km məsafəsində partlayışlar törədiblər.
Qeyd edək ki, 3 yanvar 2024-cü il tarixdə İranın Kirman şəhərində Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib. Partlayışlar nəticəsində azı 84 nəfər həlak olub, 284 nəfər yaralanıb. İran hökuməti partlayışları terror aktı elan edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
353 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...