Ukrayna müdafiə naziri Fransaya səfərini təxirə salıb

Ukrayna müdafiə naziri Fransaya səfərini təxirə salıb
Yanvarın 18-də Fransaya səfəri planlaşdırılan Ukraynanın müdafiə naziri Rustem Umerov təhlükəsizlik səbəbindən səfərini təxirə salıb.

“Report” xəbər verir ki, bu barədə “Le Monde” nəşri məlumat yayıb.

Fransa Müdafiə Nazirliyindəki mənbə nəşrə bildirib ki, R.Umerov bunun əvəzinə Fransa silahlı qüvvələrinin naziri Sebastyan Lekornü ilə videobağlantı vasitəsilə danışıqlar aparacaq.

Onlar “Artilleriya Koalisiyası”nın - Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu çərçivəsində işçi qrupunun yaradılması ilə bağlı konfransı açacaqlar. Koalisiya Ukrayna ordusunun sursat və artilleriya təchizatını təmin etməklə məşğul olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
356 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...